İDMAN


Leypsiq komandası Bundesliqada liderliyi ələ keçirərək tarix yazıb

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

“Leypsiq” komandası futbol üzrə Almaniya çempionatında - Bundesliqada liderliyi ələ keçirərək klub tarixində yeni rekord müəyyənləşdirib. Bundesliqada ilk dəfə mübarizə aparan klub çempionatın 11-ci turunda səfərdə “Bayer Leverkusen” komandasını 3:2 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, çempionatda ikinci yerdə qərarlaşan və bir oyun az keçirən “Bavariya” noyabrın 19-da səfərdə “Borussiya Dortmund” üzərində qələbə qazana bilməsə “Leypsiq” liderliyini möhkəmləndirəcək.

“Leypsiq” 11 turdan sonra məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda bu oyunlardan səkkizində qalib gəlib, üçündə isə heç-heçə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.