DÜNYA


Leypsiqdə terror aktı hazırlamaqda şübhəli bilinən şəxs tutulub

A+ A

Berlin, 10 oktyabr, AZƏRTAC

Kemnitsdə terror aktı hazırlamaqda şübhəli bilinən 22 yaşlı suriyalı Cabir əl-Bəkr oktyabrın 10-na keçən gecə Leypsiqdə tutulub. Bu barədə “Deutsche Welle” (“Alman dalğası”) Saksoniya federal əyaləti polisinin “Twitter” səhifəsinə istinadla xəbər verib, amma əməliyyatın təfərrüatını açıqlamayıb. Cabir əl-Bəkr bütün Almaniya ərazisində fəal surətdə axtarılırdı. Vağzal və aeroportlarda təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

“İslam dövləti” terrorçu təşkilatı ilə əlbir olmaqda şübhəli bilinən Cabir əl-Bəkr oktyabrın 8-də Kemnits şəhərində mənzillərin birində güclü partladıcı qurğu aşkar ediləndən sonra axtarışda idi. Cinayət polisinin məlumatına görə, o, Almaniyaya bir neçə ay əvvəl gəlmiş və qaçqın statusu almışdı. Onun əlaltısı güman edilən şəxs oktyabrın 9-da Kemnitsdə mənzilə hücum zamanı yaxalanmışdı.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.