DÜNYA


Leysan yağışlar Kyuşu adasında axtarış-xilasetmə işlərinə əngəl törədir

Tokio, 10 iyul, AZƏRTAC 

Artıq altıncı gündür ki, Kyuşu adasının şimalını əhatə edən leysan yağışlar axtarış-xilasetmə işlərinə əngəl törədir.

NHK telekanalının yaydığı məlumata görə, Yaponiyanın cənub-qərbində davam edən qeyri-sabit hava şəraiti təbii fəlakət nəticəsində itkin düşənlərin axtrarışını çətinləşdirir.

Təsdiq edilən son xəbərlərə görə, Fukuoka və Oiça prefekturalarında 18 nəfər həlak olub, 20-dən çoxu isə itkin düşüb.

Polis Saqa prefekturasının sahillərində beş cəsəd aşkar edib. Bildirildiyinə görə, onlar qonşu Fukuoka prefekturasından daşqınların yuyub gətirdiyi ağaclarla birlikdə dənizə axıb.

Fukuoka və Oiça prefekturasının rəsmi nümayəndələri təqribən 1770 nəfərin ibtidai məktəb və ictimai mərkəzlərin binalarında yerləşərək təbii fəlakətdən qorunduğunu deyiblər.

Sinoptiklər yağışların həftənin birinci günü də davam edəcəyini və torpaq sürüşmələrinin yaranacağı barədə xəbərdarlıq edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.