REGİONLAR


Leysan yağışları İsmayıllıda yolları dağıdıb, 10-dan çox kəndlə əlaqə kəsilib

A+ A

İsmayıllı, 17 oktyabr, AZƏRTAC 

Oktyabrın 16-17–də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, intensiv yağan yağışlar Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb. Yolların dağılması və sürüşmə səbəbindən Əhən, Qoydan, Həftəsov kəndləri də daxil olmaqla, 10-dan çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb.

Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.