REGİONLAR


Leysan yağışları Kürdəmir və Ağsu rayonlarında bir sıra fəsadlar törədib

A+ A

Kürdəmir, 7 sentyabr, AZƏRTAC 

Sentyabrın 6-da gecədən başlayan və bir neçə saat davam edən güclü leysan yağışları Kürdəmir və Ağsu rayonlarında bir sıra fəsadlar törədib.

Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilib ki, leysan yağışları nəticəsində Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərdə 6, həmçinin Murtulu kəndində 5, Şıxımlı kəndində 2 həyətyanı sahə su altında qalıb. Habelə Mehdili, Axtaçı, Köhünlü, Böyük Kəngərli, Qocalı, Carlı və Pirli kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından isə bildirilib ki, gecə əksər kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Ağsu şəhərinin üçüncü məhəllə adlanan ərazisində, M.Ə.Rəsulzadə, Z.Kərimov, Qaraqoyunlu, Daşdəmirbəyli küçələrində bir sıra həyətyanı sahələri su basıb.

Hər iki rayonda fövqəladə hallar komissiyaları dəyən ziyanı dəqiqləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.