MƏDƏNİYYƏT


Ləzgi dilində yazılmış “Leyin nəğməsi” kitabının təqdimatı keçirilib

A+ A

Bakı, 14 oktyabr, Flora Şükürova, AZƏRTAC

Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Sədaqət Kərimovanın uşaqlar üçün ləzgi dilində yazdığı “Leyin nəğməsi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yazıçı kitab haqqında məlumat verib. O deyib ki, “Leyin nəğməsi” onun sayca 20-ci kitabıdır. Kitaba orijinal nağıllar daxil edildiyini bildirən yazıçı bildirib ki, bu nağıllardan birinin qəhrəmanı Ley adlı leyləkdir. Bu quş uşaqlara vəfalılıq, yurda bağlılıq, çətində ruhdan düşməməyi, möhkəm, cəsarətli olmağı öyrədir.

Bildirib ki, kitabın özəlliklərindən biri də onun rəssamının 10 yaşlı həvəskar rəssam Sadiya Nəsrullayeva olmasıdır.

“Azərbaycan” nəşriyyatında çap olunan kitabın multikultural ənənələri ilə dünyada tanınan Azərbaycan etnik ləzgilərinin balaca nümayəndələrinə gözəl töhfə olduğu vurğulanıb.

Sonda “Leyin nəğməsi” kitabı uşaqlara hədiyyə edilib.

Kitabın Azərbaycan dilində nəşr edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.