CƏMİYYƏT


Liftdə köməksiz qalan 3 nəfər xilas olunub

Bakı, 2 iyul, AZƏRTAC

Liftdə köməksiz qalan 3 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat iyulun 1-də saat 21:00-da başa çatıb.

Həmçinin Bakı şəhəri, Nizami rayonunda da liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən liftdən çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.