İDMAN


“Lill”–“Qəbələ” matçı polşalı hakimlərə tapşırılıb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qitə futbol qurumu iyulun 28-də Lill şəhərində baş tutacaq matçı Daniel Stefanskinin başçılıq etdiyi polşalı briqadaya həvalə edib. D.Stefanskiyə yan xətt hakimləri Rafal Rostofski ilə David İqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin yerinə yetirəcək.

Otuz doqquz yaşlı D.Stefanski 2013-cü ildən avrokuboklarda hakimlik edir. Lakin o, bu 3 ildə klublarımızın matçlarına təyinat almayıb.

Bununla belə, “Qəbələ” komandasında ilk matçın hazırlıqları davam edir. İyulun 21-də 8-ci kilometr stadionunda Macarıstanın MTK klubuna qarşı keçirilən ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasının (2:0) ardından bir günlük istirahətə buraxılan qəbələlilər məşqlərini iyulun 23-dən etibarən bərpa ediblər.

Bakıda baş tutan məşq prosesində futbolçular fiziki hazırlıq və toplu çalışmalar üzərində çalışıblar.

Xatırladaq ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” – “Qəbələ” görüşü Lill şəhərinin “Stad Pyer Morua” stadionunda baş tutacaq. İyulun 28-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.