İDMAN
Linda Andersson: Atıcılıq üzrə Avropa çempionatının hazırlıq işlərində peşəkarların çalışdığı hiss olunur
Bakı, 29 iyul, AZƏRTAC
Bakıda atıcılıq üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. Mötəbər turnirə hazırlıq işlərində peşəkar komandanın çalışdığı hiss olunur. Azərbaycan hər zaman yüksək təşkilatçılıq bacarığı ilə seçilib. Bu çempionat da onun bariz nümunəsidir.
Bu sözləri Bakıda atıcılıq üzrə Avropa çempionatında mübarizə aparan Danimarka milli komandasının meneceri Linda Andersson AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Qitə birinciliyinə güclü heyətlə qatıldıqlarını diqqətə çatdıran L.Andersson vurğulayıb: “Danimarkalı idmançılar Bakıdakı yarışa ciddi hazırlaşıblar. Bakının küləkli şəhər olduğunu əvvəlcədən bilirdik. Bu amili hazırlıq prosesində ciddi şəkildə nəzərə almışıq. Ümumiyyətlə, Bakı çox gözəldir. Paytaxtınız Şərq ilə Qərbin vəhdətini təşkil edir. Burada göz oxşayan çoxlu məkan var. Bakıya bir daha gəlməyi çox istərdim. Çünki paytaxtınızda gəzməli yerlər çoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]