DÜNYA


“Lingmo” qurğusu süni intellekt vasitəsilə çoxlu dillər tərcümə edir

Bakı, 14 iyun, AZƏRTAC

Avstraliyanın “Lingmo International” şirkəti insanları universal tərcüməçi qurğusu haqqında elmi-fantastik arzularına yaxınlaşdırıb. “IBM Watson” süni intellekt texnologiyası əsasında işləyən “One2One” qurğusu avtomatik tərcümə üçün “Bluetooth” və ya “Wi-Fi” vasitəsilə bağlantı tələb etməyən ilk kommersiya qurğusudur.

Son bir neçə ildə tərcümə texnologiyaları sürətlə inkişaf edir. “Google” və ya “Skype” kimi şirkətlər daim mətn və nitq sistemlərini inkişaf etdirir və təkmilləşdirir, “Google Translate” proqramı isə smartfonlar vasitəsilə ağlasığmaz tərcümə funksiyaları təqdim edir.

AZƏRTAC xəbər verir ki, istehsalçıların məlumatına görə, kiçik qulaqcıq şəklində olan yeni texnologiyanın tərkibinə “Watson” superkompüterində istifadə olunan “IBM” texnologiyaları ilə birlikdə “Lingmo International” şirkətinin tərcümə alqoritmləri daxildir. “IBM” texnologiyaları dilin slenq və dialektlərdə rast gəlinən mürəkkəb aspektlərinin tərcüməsi zamanı kömək edir.

Bildirilir ki, sistem hazırda 8 dili - Şimali Çin, yapon, fransız, italyan, alman, Braziliya, portuqal, ingilis və ispan dillərini dəstəkləyir. Quraşdırılmış mikrofon 3-5 saniyə ərzində digər dilə tərcümə edilən danışıq ifadələrini qeydə alır. Həmçinin “iOS” sistemli qurğular üçün çoxlu dillərdə nitqi mətnə və əksinə çevirən əlavə versiyasından istifadə mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.