İDMAN


Lionel Messi Argentina yığmasını tərk etmək fikrindən daşınıb

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi beynəlxalq karyerasını başa çatdırmaq fikrindən daşınıb və milli komandanın heyətində qalmaq niyyətindədir.

Bu barədə məlumatı “La Nacion” nəşri L.Messinin adı hələ açıqlanmayan keçmiş komanda yoldaşına istinadla yayıb. Həmin adam bildirib ki, adlı-sanlı futbolçu sadəcə müvəqqəti fasilə götürüb və yaxın vaxtlarda Argentina yığmasına qayıtmalıdır.

Qeyd edək ki, iyunun 27-də Amerika Kuboku çempionatının finalında Argentina Çili yığmasına uduzandan sonra 29 yaşlı futbolçu karyerasının başa çatdığını bəyan edib. O bildirib ki, çıxıb getməsi hamı üçün və ilk növbədə onun özü üçün ən yaxşı variant olacaq.

Argentina Prezidenti Maurisio Makri daha əvvəl Messiyə özü zəng vuraraq milli komandanı tərk etməməsini ondan xahiş edib.

L.Messinin milli yığmada debütü 2005-ci ildə olub. Hücumçu milli yığmanın heyətində 112 oyunda iştirak edib, 55 qol vurub. Bu, qolların sayına görə Argentina yığması üçün rekord göstəricidir.

Forvard 2014-cü il dünya çempionatının gümüş mükafatçısıdır, 2008-ci ildə Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Lionel Messi futbol tarixində “Qızıl top”a beş dəfə sahib olan yeganə futbolçudur. O, bu mükafata 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə layiq görülüb. Messi “Barselona”nın heyətində 26 mükafat qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.