İDMAN


Lionel Messi İspaniya çempionatları tarixində ən yaxşı futbolçu sayılıb

Bakı, 7 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya Futbol Tarixi və Statistikası Tədqiqatları Mərkəzinin versiyasına görə bu ölkənin futbol çempionatları tarixində ən yaxşı futbolçu sayılıb.

AZƏRTAC xəbər verir ki, “Marca” qəzetinin yazdığına görə, 30 yaşlı Messi 349 qolla İspaniya çempionatları tarixində ən yaxşı bombardir olub.

Bunun üçün 1929-cu ildə İspaniyada keçirilən ilk futbol çempionatından başlamış 9280 futbolçu və 86 çempionatın oyunları təhlil edilib. Hesablama zamanı bir sıra amillər - hər mövsümdə oynanılan dəqiqələr, oyun zamanı vurulan qollar, onbirmetrlik cərimə zərbələri (penalti), avtoqollar və qırmızı vərəqələr nəzərə alınıb.

L.Messi 545 xal toplayıb. Madridin “Real” klubunun heyətində oynamış Raul (1994-2010) 528 xalla ikinci yerdədir. 1939-1955-ci illərdə “Barselona”nın idman şərəfini qorumuş Sesar Sançes 524 xalla üçüncü yeri tutub.

Maraqlıdır ki, “Real”ın təmsilçisi Kriştiano Ronaldo 415 xalla indiki futbolçular siyahısında ikinci, ümumi reytinqdə isə 17-ci yerdə qərarlaşıb ki, bu da ortaya çoxlu suallar çıxarır.

L.Messi 2004-cü ildən “Barselona”nın heyətində çıxış edir. Bu müddət ərzində o, səkkiz dəfə İspaniya çempionu, 5 dəfə İspaniya Kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı ilin ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatının beşqat sahibidir. O, Argentina yığmasının heyətində 2014-cü ilin dünya çempionatının gümüş mükafatçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.