İDMAN


Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsində ən çox qol vuran futbolçudur

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

“Barselona” komandasının argentinalı ulduzu Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” ilə qarşılaşmada vurduğu qolla növbəti rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, görüşün 21-ci dəqiqəsində fərqlənən argentinalı hücumçu Çempionlar Liqasının qrup mərhələlərində vurduğu qolların sayını 54-ə çatdırıb. Bununla da o, “Real Madrid”in sabiq futbolçusu Raul Qonzalezin 53 qolluq rekordunu yeniləyib.

L.Messi qitənin ən nüfuzlu turnirində indiyədək rəqib qapılarından 90 top keçirib. Turnirin ən çox qol vuran futbolçusu isə 94 qolla “Real Madrid”in portuqaliyalı forvardı Kriştiano Ronaldodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.