İDMAN


Lionel Messi vurduğu qolların sayını 500-ə çatdırıb VİDEO

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasının 11-ci turu çərçivəsində keçirilən “Sevilya-Barselona” qarşılaşması Lionel Messi üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, katalonların argentinalı hücumçusunun görüşün 43-cü dəqiqəsində vurduğu qol onun bu komandanın heyətində 500-cü qolu kimi tarixə düşüb. L.Messi bu uğura 545 rəsmi oyunda 469, 47 yoldaşlıq görüşündə isə 31 qol vurmaqla nail olub.

Xatırladaq ki, matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.