İQTİSADİYYAT


Lisenziyaları ləğv edilən 4 bankda qorunan əmanətlərin məbləği 140,3 milyon manatdır

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Lisenziyaları ləğv edilən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-də qorunan əmanətlərin məbləği 140 milyon 300 min manatdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında məlumat verib. O qeyd edib ki, həmin əmanətlər cəmi 40,7 min hesabda toplanıb: “Lakin bu, 40,7 min şəxs demək deyil. Çünki bir şəxsin bir neçə bankda əmanəti ola bilər. Bu da dəqiqləşdirmə dövründə müəyyən olunacaq ki, bu hesablar neçə nəfərə məxsusdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.