İQTİSADİYYAT


Lisenziyası ləğv edilmiş 3 bank üzrə qorunmayan əmanətlərin də ödənişinə başlanacaq

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Sığorta hadisəsi baş vermiş 9 bankdan 3 bank üzrə “Parabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Dekabank” ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib və bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 30 sentyabr 2016-cı il tarixinə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,675,532 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,705,056 manat, “Dekabank” ASC-nin 2,772,350 manat kompensasiya ödənilib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37,152,938 manat kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.