İQTİSADİYYAT


Lisenziyası ləğv edilmiş “Parabank”ın reklam lövhələri metro stansiyalarından yığışdırılır

A+ A

Bakı, 2 avqust, Elvin Camalov, AZƏRTAC

Lisenziyası ləğv edilmiş “Parabank”ın reklam lövhələri metro stansiyalardan yığışdırılır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib. O bildirib ki, metroda reklam yerləşdirmək üçün istənilən qurumla “Bakı Metropoliteni” QSC arasında müqavilə bağlanılır. Hazırda “Parabank”ın Bakı metrosunda yerləşdirilən reklam lövhələri bu gün bankın rəsmi müraciəti əsasında yığışdırılır və bağlanan müqaviləyə xitam verilir.

“Müqavilə qarşı tərəfin istəyindən asılı olaraq aylıq və illik ola bilər. Qarşı tərəf maddi durumundan asılı olaraq, müqavilənin müddətini artıra və ya xitam verə bilər. Həmçinin müqavilə bağlayan qurum ləğv edildikdə rəsmi müraciətləri əsasında müqaviləyə xitam verilir”, - deyə N.Paşayev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.