CƏMİYYƏT


Liseydə “Arzular haqqında hekayələr” layihəsi çərçivəsində təlim keçirilib

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC 

Oktyabrın 21-də “İnkişaf zamanı” proqramı və “MitOst”un dəstəyi ilə “Arzular haqqında hekayələr” layihəsi çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə təlim keçirilib.

Liseydən AZƏRTAC-a bildiriblər ki, təlimdə şagirdlərə layihənin məqsədi, görülən işlər barədə məlumat verilib.

Sonra təlimçilər “Necə ixtisaslı kadr olmaq olar? ”, “İstəklərimiz, yoxsa bacarıqlarımız?”, “Uğurlu karyeraya gedən yol nələrdən keçir?”, “Düzgün ixtisas seçməməyin mənfi nəticələri” mövzularında çıxış edib, şagirdlərin suallarını cavablandırıblar.

Qeyd edək ki layihənin keçirilməsinin məqsədi istedadlı yeniyetmələrə müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və cəmiyyətimizin formalaşmasında incəsənətin rolunun vacibliyini vurğulamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.