ELM VƏ TƏHSİL


Liseyin müəllimi “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində mühazirə oxuyub

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar seminar keçirib.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, seminarda akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əkbər Həsənovun “Müstəvi üzərində ikitərtibli əyrilər və onların tətbiqi“ mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə ikitərtibli əyrilərdən ellips, hiperbola və parabolanın həndəsi tərifindən istifadə etməklə onların kanonik tənliklərinin çıxarılışı və bəzi tətbiqləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.