SİYASƏT


Litva Alxanlı kəndində dinc azərbaycanlı sakinlərin öldürülməsi ilə əlaqədar başsağlığı verir

Vilnüs, 10 iyul, AZƏRTAC

Litva Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti diqqətlə izləyir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçyus söyləyib.

O deyib: “Atəşkəs rejiminin pozulmasının davam etməsi bizi dərindən narahat edir. Nəticədə bir neçə adam, o cümlədən Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər həlak olub. Mən həlak olanların ailələrinə Litva xalqı adından dərin hüznlə başsağlığı vermək istəyirəm.

Litva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş başlıca prinsiplərə əsaslanan danışıqlar yolu ilə nizamlanmasını dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini tam dəstəkləyirik və münaqişə zonasında gərginliyi zəiflətmək üçün tədbirlər görmək çağırışına qoşuluruq”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.