REGİONLAR


Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti Sumqayıtda olub

A+ A

Sumqayıt, 23 noyabr, AZƏRTAC 

Litva Respublikasının Bələdiyyələr İttifaqının nümayəndə heyəti Sumqayıt Bələdiyyəsində olub.

Sumqayıt Bələdiyyəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, görüşdə şəhər bələdiyyəsinin sədri Sultan Əsədov Sumqayıtda həyata keçirilən layihələr, aparılan yenidənqurma və abadlıq işləri barədə qonaqlara məlumat verib.

Görüş zamanı iki ölkənin şəhərləri, bələdiyyələri arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Vurğulanıb ki, Litva Bələdiyyələr İttifaqı ilə Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyası arasında sıx əlaqələr qurulub. Bundan əvvəl Azərbaycan bələdiyyələrini təmsil edən nümayəndə heyəti sentyabr ayında Litvada səfərdə olub.

Litvalı qonaqlar səfər çərçivəsində “Azərikimya” İstehsalat Birliyinə gəliblər. Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıtın kimya-sənaye tarixi və mövcud potensialı barədə məlumat verib. Bildirilib ki, bu gün Sumqayıt müasir sənaye şəhəri kimi yenidən qurulur, burada müasir standartlara cavab verən sənaye klastrı – kimya parkı, yeni sənaye istehsalı müəssisələri yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.