Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Xahiş edirəm, milli bayramınız - Respublika Gününün 99-cu ildönümü münasibətilə təbriklərimi qəbul edin. Ölkənizə səmimi qəlbdən firavanlıq, uğurlar və əmin-amanlıq arzu edirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı açıq dialoq, ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində genişmiqyaslı əməkdaşlıq gələcək illərdə qarşılıqlı faydalı fəaliyyət üçün böyük imkanlar yaradacaq. Mən qətiyyətlə inanıram ki, biznes, təhsil və tələbə mübadiləsi, turizm və mədəniyyət sahələrində birgə həyata keçirilən layihələr xalqlarımızın münasibətlərini möhkəmləndirməkdə davam edəcək və dövlətlərimiz arasındakı əməkdaşlığı genişləndirəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizi bir daha milli bayramınız münasibətilə təbrik edirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramlarımı qəbul edin.

Hörmətlə,

 

Dalya Qribauskayte

Litva Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin