DÜNYA


Litva XİN: Avropa Parlamentinin Türkiyə ilə bağlı qətnaməsi xoşagəlməz xəbərdarlıqdır

A+ A

Vilnüs, 26 noyabr, AZƏRTAC

Avropa Parlamenti tərəfindən qəbul edilmiş, heç bir öhdəlik qoymayan, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması prosedurlarını dondurmağa çağıran qətnamə Avropanın özündə vəziyyətin yaxşılaşmasına əsla kömək etmir. Bu sözləri Litvanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Linas Linkyaviçyus söyləyib.

Nazirin sözlərinə görə, qətnamə hüquqi baxımdan öhdəlik qoymasa da, Ankaraya xoşagəlməz xəbərdarlıqdır. Bu da ikitərəfli dialoqun yaxşılaşmasına imkan vermir. L.Linkyaviçyus qeyd edib ki, xüsusən miqrant axınlarının idarə olunması nöqteyi-nəzərindən Avropanın özündə vəziyyət Türkiyənin fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən asılıdır.

L.Linkyaviçyus deyib: “Dialoqu, söhbətə cəlb olunmağı stimullaşdıran qərarlar qəbul etmək daha yaxşı olardı”.

Nazir daha sonra deyib: “Belə açıq bəyanatlar məsuliyyətlə ölçülüb-biçilməlidir, çünki Aİ ilə Türkiyə arasında münasibətlər xüsusilə bu dövrdə müstəsna dərəcədə əhəmiyyətlidir”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.