DÜNYA
Litva XİN-in başçısı: Aİ Türkiyəyə qarşı sanksiya tətbiq etməməlidir
Vilnüs, 28 aprel, AZƏRTAC
Avropa İttifaqı insan haqlarının pozulmasına görə Türkiyəyə təzyiq göstərməməli və ya sanksiya tətbiq etməməlidir, çünki Türkiyə Aİ-nin tərəfdaşı və NATO-nun üzvüdür. Bunu Litva XİN-in başçısı Linas Linkyaviçyus aprelin 28-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Maltanın paytaxtı Vallettada keçirilən qeyri-rəsmi görüşünə qatılarkən bəyan edib. Onun çıxışını Aİ Şurasının mətbuat xidməti yayımlayıb.
Nazir deyib: “Mən təzyiqi və ya hər hansı sanksiyanı dəstəkləmirəm. Bu praqmatik deyil. Biz Türkiyə ilə qarşılıqlı fəaliyyətimizi davam etdirməliyik, çünki o, bizim vacib tərəfdaşımız və NATO-nun üzvüdür”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs