SİYASƏT


Litva milli icmalarının V festivalında Azərbaycan da təmsil olunub

A+ A

Klaypeda, 15 noyabr, AZƏRTAC

Klaypedada “Milli mədəniyyətlər günü” adlı Litva milli icmalarının V festivalı keçirilib. Şəhərdə populyar olan bu festivalın iştirakçılarının sayı və ustalığı ildən-ilə artır. Azərbaycan, Belarus, latış, Polşa, tatar, Avropa ölkələri icmalarının nümayəndələri tamaşaçılara öz milli mədəniyyətlərini nümayiş etdiriblər.

Milli Mədəniyyətlər Mərkəzinin direktoru Yelena Butkyaviçenenin sözlərinə görə, festivalın ideyası Litvada yaşayan millətlərin bütün koloritini göstərməkdir. Bu cür parlaq, coşqun çoxmillətli konsertlərdə iştirak etmək gənclər üçün əvəzsiz təcrübədir. Bu konsertlər doğma dildə mahnıları, milli rəqsləri və geyimləri təqdim etməyə, qonşu xalqların mədəniyyəti ilə tanış olmağa imkan yaradır. Böyüməkdə olan nəsil təcrübəni mənimsəyir və estafeti davam etdirir.

Azərbaycanı festivalda Əliağa Məmmədovun sədri olduğu “Azəris” Cəmiyyəti (Klaypeda regionu) təmsil edib. Uşaqlar milli geyimlərdə Azərbaycan xalq rəqslərini ifa ediblər, habelə ölkəmizə aid milli suvenir və broşürlər təqdim olunub.

Festivalın qonaqları arasında Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşı da olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Klaypeda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.