SİYASƏT
Litva qondarma “erməni soyqırımı” ilə əlaqədar Ermənistanda keçiriləcək tədbirlərdə iştirak etməyəcək
Vilnüs, 31 mart, AZƏRTAC
Ermənilərin növbəti cəhdi – qondarma “erməni soyqırımı”na həsr edilmiş forumda Litva rəsmilərinin iştirakına nail olmaq istəyi baş tutmayıb. Ermənistanın Litvadakı səfirliyinin və erməni diasporunun səylərinə, habelə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun bu yaxınlarda Litvada qeyri-rəsmi səfərdə olmasına baxmayaraq, Litva Seyminin idarə heyəti yuxarıda göstərilən forumda iştirak etmək üçün Yerevana nümayəndə heyəti göndərmək xahişini iki dəfə rədd edib.
Seymin idarə heyətinin üzvü Vidas Gedvilas qeyd edib ki, bu qərarın qəbul edilməsi “məsələnin son dərəcə prinsipial olmasının və başqa ölkələrin təcrübəsinin nəzərə alınması” ilə bağlıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs