DÜNYA
Litva xalqı səkkizinci dəfədir ölkə Seymini seçir
Vilnüs, 9 oktyabr, AZƏRTAC
Bu gün səhər saat 07:00-da Litvada 1996 seçki məntəqəsinin qapıları açılıb. Ölkə əhalisi saat 20:00-dək yeni Seymi seçəcək. Bu, Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Seymə keçirilən səkkizinci seçkidir. Ölkədə 2 milyon 504 min seçici qeydiyyata alınıb. Seymin mandatı uğrunda birmandatlı və çoxmandatlı seçki dairələri üzrə 1416 namizəd mübarizə aparır.
Seçkilərdə 12 partiya və iki koalisiya iştirak edir. Seymə keçmək üçün partiya seçicilərin ən azı 5 faizinin, koalisiya isə 7 faizinin səsini toplamalıdır. Seymin 141 üzvündən 71-i birmandatlı, 70-i çoxmandatlı dairələrdə partiyaların təqdim etdiyi siyahılar üzrə seçiləcək.
Seçkilərin nəticələri barədə ilkin məlumat təxminən gecəyarısı açıqlanacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]