DÜNYA


Litvada NATO təlimləri başlayıb

A+ A

Vilnüs, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də Litvada Şimali Atlantika Alyansının (NATO) irimiqyaslı “Dəmir qılınc” (Iron Sword) manevrləri başlayıb. Manevrlərdə NATO-nun üzvü olan 11 ölkədən təqribən 4 min hərbi qulluqçu iştirak edir. Litva Müdafiə Nazirliyi xəbər verir ki, təlimlər Yonav rayonunun Qayjyunay poliqonunda və Şvençyonis rayonunun Pabrade poliqonunda keçirilir.

Litva Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, briqada generalı Valdemaras Rupşis deyib: “Zaman silahlı qüvvələr qarşısına əvvəllər müşahidə olunmayan formalarda yeni-yeni çağırışlar çıxarır. Bölmələri və qərargahları bu çağırışlara səmərəli reaksiya verməyə hazırlamaq lazımdır”.

General V.Rupşisin sözlərinə görə, təlimlərin əsas məqsədlərindən biri belə təhlükələri dəf etməkdir.

Litva Baltik ölkələri arasında yeganə dövlətdir ki, Pabrade poliqonunda yaşayış məntəqələri şəraitində hərbi təlimlər üçün kompleks inşa edib və bu ilin yazında hərbçilərin sərəncamına verib. Kompleksə “Şəhərdə döyüş” adı verilib. Hərbi təlimlər üçün yaşayış məhəlləsi, polis məntəqəsi, avtobus stansiyası, məktəb, park və küçə kommunikasiyaları olan şəhərcik inşa edilib.

Təlimlərdə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniyanın hərbi bölmələri iştirak edir. Təlimlər dekabrın 2-dən davam edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.