MƏDƏNİYYƏT


Litvalı rəssamın əsərləri Bakıda sərgilənir

Bakı, 26 may, AZƏRTAC

Bakıda Litvanın dünya şöhrətli rəssamı Yedit Sxoçkitenin əsərlərindən ibarət “Muza” adlı sərgi açılıb.

“Art Tover” qalereyasında təşkil olunan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Rəssamın sərgiyə təqdim etdiyi sənət əsərləri dəqiq cizgiləri, aydın fonu, eskiz və parlaq ifadəlilik xüsusiyyətləri ilə seçilir. Müxtəlif mövzulu sənət əsərlərinin yer aldığı sərgi iyunun 8-dək davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.