MƏDƏNİYYƏT


Litvanın “X faktor” layihəsində azərbaycanlı rok-musiqiçi iştirak edir

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Litvanın “X faktor” televiziya müsabiqəsində 30 yaşlı azərbaycanlı rok-musiqiçi Vüsal Rzasoy iştirak edir. AZƏRTAC-ın müxbiri ilə söhbətdə o, müsabiqədə iştirakı, ifa etdiyi mahnılar və maraq dairəsi haqqında danışıb.

Azərbaycanı təmsil edən gənc musiqiçi müsabiqədə öz mahnılarını Azərbaycan, ingilis və hətta Litva dilində ifa edir. “X faktor” müsabiqəsi üçün o, ingilis dilində “Now is the time” və “A tired man” adlı iki mahnı yazıb. Avqustun 3-də baş tutacaq müsabiqənin növbəti mərhələsində V.Pzasoy Azərbaycan dilində “Məhsəti və bir” mahnısını tamaşaçılara təqdim edəcək.

V.Rzasoy deyir ki, Litva müsabiqənin münsiflər heyətinə tanınmış caz müğənnisi Yuste Arlauskayte-Yazzu daxildir və azərbaycanlı musiqiçi onun komandasına düşmək istəyir.

Bu gün Vüsal özünü aktyor kimi sınayır, model işləyir, şer və hekayələr yazır.

Vüsal Rzasoy deyir ki, müsabiqədə Azərbaycanı hamını unikallığı ilə özünə cəlb edən, xeyirxah insanların yaşadığı və isti dənizin olduğu günəşli ölkə kimi təbliğ edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.