İDMAN


“Liverpul” klubu Estoniya millisinin futbolçusunu heyətinə cəlb edib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

“Liverpul” futbol klubu yeni mövsüm öncəsi növbəti transferini gerçəkləşdirib.

AZƏRTAC xəbər verir ki, İngiltərə təmsilçisi “Ausburq”un müdafiəçisi Raqnar Klavanı transfer edib.

Estoniya millisinin futbolçusu ilə uzun müddətli müqavilə imzalanıb. Lakin sözləşmənin müddəti açıqlanmayıb.

“Liverpul” bu transfer üçün “Ausburq”a 4 milyon funt ödəyib.

Qeyd edək ki, “Liverpul” daha əvvəl Sadio Mane, Marko Qrujiç, Joel Matip və Loris Kariusu transfer edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.