RƏSMİ SƏNƏDLƏR


Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərracdan

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Liviya Milli Barışıq Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirir, Azərbaycan hökumətinə və xalqına isə sülh və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı müştərək mənafeyə xidmət edən əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsini arzu edirəm.

Dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Faiz Mustafa Al-Sərrac

Liviya Milli Barışıq Hökumətinin başçısı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır