Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərracdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan Hökumətinə və xalqına Liviya Milli Barışıq Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi və arzularımı çatdırmaq mənim üçün çox xoşdur.

Fürsətdən istifadə edərək Sizə cansağlığı və səadət, dost xalqınıza isə tərəqqi və rifah arzu edirəm. Həmçinin xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində Sizinlə işləməyə hazır olduğumu bildirirəm.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Faiz Mustafa Al-Sərrac

Liviya Milli Barışıq Hökumətinin başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin