İQTİSADİYYAT


Liviya OPEC üzrə neft hasilatının azaldılmasında iştirak etmək niyyətində deyil

A+ A

Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Liviya yaxın gələcəkdə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatının azaldılmasında iştirak etmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyasının (NOC) saytında dərc edilmiş bəyanatda deyilir. NOC-un sədri Mustafa Sanalla deyib ki, buna səbəb Liviyadakı təhlükəli iqtisadi vəziyyətdir.

Qeyd edək ki, OPEC-ə üzv ölkələr təşkilatın sentyabrın 29-da Əlcəzairdəki qeyri-rəsmi iclasında neft bazarında sabitliyin yaranması üçün hasilatın gündəlik 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılmasına qərar veriblər. Hazırda OPEC və qeyri-OPEC ölkələri istehsalın nə qədər azaldılacağını müəyyənləşdirməyə çalışırlar. OPEC-in Nazirlər Şurasının 171-ci iclası noyabrın 30-da Vyanada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.