DÜNYA


Liviya sahillərində 25 miqrantın cəsədi tapılıb

Bak, 28 iyun, AZƏRTAC

Liviyanın paytaxtı Tripolinin şərq sahilindəki çimərlikdə Avropaya keçmək istəyən 25 miqrantın cəsədi tapılıb.

AZƏRTAC Fransa KİV-lərinə istinadla bildirir ki, miqrantların boğularaq öldüyü ehtimal edilir.

Dünən İtaliya hakimiyyət orqanları son 48 saatda Aralıq dənizi sahillərində 8 mindən çox miqrantın xilas edildiyi barədə məlumat yaymışdı. Liviya Sahil Mühafizə Xidməti isə daha 147 nəfəri boğulmaq təhlükəsindən xilas edib.

Avropa üz tutan miqrantların əksəriyyəti Kamerun, Sudan, Seneqal və Malidən olan gənclərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.