DÜNYA


Liviya sahillərində 87 mühacirin cəsədi aşkarlanıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Liviyanın paytaxtı Tripolinin qərbində yerləşən Sabrata çimərliyində dalğaların sahilə çıxardığı 87 mühacirin cəsədi aşkarlanıb.

AZƏRTAC “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, hazırda həlak olanların cəsədlərinin DNT analizi aparılır.

Son zamanlar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar bu regiondan mühacir axını sürətlə artıb. Liviyadan olan qaçqınların əksəriyyəti etibarsız qayıqlarla dənizi keçərək İtaliyaya çatmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.