İDMAN


Lizarazyu, Salihamidcic və Elber “Bavariya”nın səfirləri olacaqlar

A+ A

Bakı, 11 yanvar, AZƏRTAC 

Münxenin “Bavariya” klubunun rəhbərliyi bir neçə sabiq futbolçusu ilə əməkdaşlıq etməyi qərara alıb.

AZƏRTAC “Sportbild”ə istinadla xəbər verir ki, vaxtilə Münxen klubunda forma geyinən məşhurlar – Biksant Lizarazyu, Hasan Salihamidcic və Covane Elber “Bavariya”nın səfirləri qismində fəaliyyət göstərəcəklər. Məsələyə münasibət açıqlayan Münxen təmsilçisinin marketinq məsələləri üzrə mütəxəssisi Andreas Yunq bildirib ki, dünya şöhrətli futbolçular beynəlxalq aləmdə klubun maraqları çərçivəsində xidmət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.