ELM VƏ TƏHSİL


Logistika və ticarətin inkişafında insan kapitalının rolu mühümdür

A+ A

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov biznes infrastrukturunun tərkib hissəsi olan logistika və ticarətin inkişafında insan kapitalının rolundan danışıb. Qeyd olunub ki, ABŞ, Yaponiya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələr daha çox təhsil sisteminin hazırladığı insan kapitalından böyük gəlirlər əldə ediblər. İnsan kapitalı ölkənin biznes strukturlarında əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda və rəqabətqabiliyyətliliyinin yüksəldilməsində böyük rol oynayır.

Tədbirdə marketinq kafedrasının müdiri, professor Telman İmanov Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin, eləcə də real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsində mühüm rol oynayan Strateji Yol Xəritəsi hədəf indikatorları, strateji məqsədləri və prioritetləri barədə məlumat verib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.