İDMAN


Lomaçenko və Kliçkodan həmvətənlərinə dəstək

A+ A

Kiyev, 17 sentyabr, AZƏRTAC

İki çəki dərəcəsində dünya çempionu və ikiqat Olimpiya çempionu Vasili Lomaçenko (6-1, 4 KO) sentyabrın 17-də Qdanskda (Polşa) ağır çəkidə WBO çempionu polyak Kşiştof Qlovatski (26-0, 16 KO) və onun tituluna rəsmi iddiaçı olan ukraynalı Aleksandr Usik (9-0, 9 KO) arasında döyüşə tamaşa edəcək.

Bu barədə AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir.

Qeyd edək ki, superağır çəkidə sabiq dünya çempionu olan Vitali Kliçko da döyüşü canlı izləmək istədiyini bildirib. Polşaya Kliçko qardaşlarından kiçiyi olan Vladimirin də gələcəyi deyilir. Hazırda o, Tayson Fyuriyə qarşı döyüşə hazırlaşır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.