DÜNYA


London: Brexit məsələsində hökumətin və məhkəmənin mövqeləri toqquşur

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması proseduruna başlamaq üçün parlamentin razılığını almalıdır.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar noyabrın 3-də London məhkəməsi tərəfindən çıxarılıb. Hökumət britaniyalıların əksəriyyətinin öz iradəsini ifadə etdiyini əsas gətirərək, parlamentdə səsverməyə ehtiyac görmür. Hakim bu arqumenti qəbul etməyib. Məhkəmədə hökumətin maraqlarını təmsil edən hüquqşünas isə qərardan Ali Məhkəməyə etiraz veriləcəyini bildirib.

Baş nazir Tereza Mey bir müddət əvvəl Brexit prosesinin gələn il martın sonlarınadək başlanacağını bəyan edib.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniya vətəndaşlarının əksəriyyəti Aİ-dən çıxmağın lehinə səs verib. Bununla yanaşı, İngiltərə və Uelsdən fərqli olaraq, Şimali İrlandiya və Şotlandiya Avropa İttifaqında üzvlüyün saxlanmasını dəstəkləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.