DÜNYA


London-Bric körpüsündə sürücü avtomobili insanların üzərinə sürüb, yaralananlar var VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

İngiltərənin paytaxtında London-Bric körpüsündə sürücü avtomobili insanların üzərinə sürüb, yaralananlar var.

AZƏRTAC TASS agentliyində istinadla xəbər verir ki, polis hadisə yerindədir. Körpüyə gedən yollar, həmçinin yaxınlıqda yerləşən dəmiryol vağzalı bağlanılıb. BBC-nin məlumatına görə, insident nəticəsində beş nəfər yaralanıb.

“Euronews” telekanalının verdiyi məlumata görə, “Reuters” hadisə şahidlərinə istinadla 3 nəfərin boğazının kəsildiyi barədə məlumat yayıb. Lakin polis bunu hələlik təsdiqləməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.