DÜNYA
London: Britaniyanın Avropa İnvestisiya Bankında 10 milyard avro payı var
Bakı, 21 may, AZƏRTAC
Brüssel Böyük Britaniyaya ölkənin Avropa İnvestisiya Bankındakı səhmlərinə görə milyardlarla funt ödəməlidir.
AZƏRTAC xəbər verir ki, Telegraph qəzetinin yaydığı məlumata görə, Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqına “Brexit” üzrə danışıqlar zamanı ölkəsinin qurum qarşısında öhdəlikləri ilə yanaşı, maliyyə hüquqlarının da bərabər şəkildə nəzərə alınmasını xatırladıb. Baş nazir bildirib ki, Britaniya Aİ ilə birgə bir neçə böyük maliyyə və investisiya layihələrində iştirak edir. Buna görə də son hesablaşmada müvafiq paya malikdir və bu, danışıqların mühüm hissəsi olacaq.
Krallıq hökumətindəki mənbə qəzetə bildirib ki, Böyük Britaniyanın Avropa İnvestisiya Bankındakı payı təxminən 10 milyard avro həcmində qiymətləndirilir.
Xatırladaq ki, bir qədər əvvəl KİV-lərdə yayılan məlumatlara görə, Aİ rəhbərliyi vaxtilə Londonun üzərinə götürdüyü öhdəliklər müqabilində Britaniyadan 100 milyard avro ödəniş tələb edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]