MƏDƏNİYYƏT
London kitab sərgisində iştirakla bağlı hazırlıqlar başa çatıb
Bakı, 5 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi aprelin 14-dən 16-dək Londonda beynəlxalq kitab sərgisi təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin artıq 7-ci dəfə iştirak edəcəyi sərgiyə hazırlıq işləri yekunlaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırlıq prosesində təşkilatçılarla danışıqlar aparılıb, milli stendi təşkil etmək məqsədilə sərgidə 40 kvadratmetrlik sahə icarəyə götürülüb, “Qız qalası” formasında milli ekspozisiyanın qurulması başa çatdırılıb.
Nümayəndə heyətinin tərkibində sərgiyə qatılacaq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, “Hədəf”, “Qələm” və “Altun Kitab” nəşriyyatları ilə danışıqlar aparılıb, iştirakla bağlı mümkün kömək göstərilib.
Həmçinin, sərgi zamanı nümayiş etdiriləcək nazirliyin dəstəyi ilə nəşr olunmuş, Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa aid bir çox kitab və reklam çap məhsullarının siyahısı hazırlanıb. Tezliklə, nəşr məhsulları Londona göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 19.04.2024 [10:52]