DÜNYA


London metrosu tarixində ilk dəfə sutkalıq iş rejiminə keçib

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

London metropoliteni tarixində ilk dəfə fasiləsiz iş rejiminə keçib. Lakin hələ ki, qatarlar cəmi iki xətdə - “Victoria line” və “Central line” xətlərində və həftədə yalnız iki gün – cümə və bazar günləri bütün sutka ərzində işləyəcək. Payız aylarında onlara daha 3 xətt qoşulacaq.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, London metropoliteni administrasiyasının hesablamasına əsasən yeni iş rejimdə iki gün ərzində 5 xətt 200 min sərnişinə xidmət göstərə biləcəklər.

Paytaxt metrosunun fasiləsiz iş rejiminə keçirilməsi ideyası uzun müddət idi ki, müzakirə olunurdu. Lakin metropolitenin operatoru olan “Transport for London” kompaniyası ilə həmkarlar ittifaqı arasında yaranan mübahisə onun icrasına əngəl törədirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.