DÜNYA


London polisi hadisəni terror aktı kimi nəzərdən keçirir

Bakı, 4 iyun, AZƏRTAC

Polis London körpüsü üzərində baş verən hadisəni terror aktı kimi nəzərdən keçirir. Hadisə nəticəsində 1-dən çox insan ölüb, 20-dən artıq yaralı var.

Anadolu agentliyinin verdiyi xəbərə görə, London körpüsündə saatda 80 kilometr sürətlə hərəkət edən ağ rəngli mikroavtobusun sürücüsü avtomobili piyadaların üzərinə sürüb. Hadisə şahidləri insanların üzərinə silahla da atəş açıldığını deyiblər.

BBC isə hadisə ilə bağlı bir nəfərin saxlanıldığını bildirib.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, körpü yaxınlığındakı restoranlardan birində də bıçaqlı hücum qeydə alınıb. Polis restorandakı hadisəyə silahla müdaxilə etmək məcburiyyətində qalıb. London polisi yaxınlıqdakı evlərdə yaşayanlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, London körpüsü şəhərə səfər edən xarici turistlərin sıx olduğu məkanlardan sayılır. Körpü tarixi “Tower Bridge” köprüsünün yanında yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.