SİYASƏT
London vaxtı ilə saat 12:00-dək Britaniyadakı vətəndaşlarımızın 20 faizi səsvermədə iştirak edib
London, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Böyük Britaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 12:00-dək seçicilərin təxminən 20 faizi ümumxalq səsverməsində iştirak edib. Məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London