DÜNYA


Londonda 3 metrlik dar döngədə 2,5 milyon funt dəyərində ev tikiləcək

Bakı, 10 avqust, AZƏRTAC

Londonun Fitzrovia mərkəzi rayonunda ofis və pab arasında, 3 metr enində dar döngədə qeyri-adi ensiz ev inşa olunacaq.

AZƏRTAC "life.ru"ya istinadla xəbər verir ki, döngə "Great Street Portland" stansiyasının iki addımlığında yerləşir. Əvvəllər sakinlər o döngədən Kral Milli Ortopedik Xəstəxanasına keçib getmək üçün istifadə edirdilər. Dörd mərtəbəli evin ümumi sahəsi 139 kvadratmetr təşkil edəcək.

Evdə üç yataq otağı, iki hamam otağı, mətbəx, həyət və yuxarı mərtəbəsində terras yerləşəcək. Qeyri-adi yaşayış obyektinin tikinti planı Vestminster Şurası tərəfindən bəyənilib.

Əmlak agenti Conatan Hadson, qeyd edib ki, ev 3,2 milyon dollara satıla bilər. İdeya qeyri-adi və çox yaxşıdır. Belə bir evi satmaq əlbəttə ki, bir az çətin olacaq. Lakin əsas lazımi alıcını tapmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.