SİYASƏT


Londonda BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı müdafiə nazirlərinin görüşü keçirilib

A+ A

London, 8 sentyabr, AZƏRTAC

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilib. Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonun sədrliyi ilə keçirilən tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib. Görüşə ümumilikdə 80-ə yaxın ölkənin müdafiə nazirləri qatılıblar.

Bu tədbir ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-dək ölkənin dövlət başçısı ilə dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.

Görüşün əsas məqsədi sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılması, ötən ilin sentyabrında qəbul edilən qərarların icrasına başlanılması, BMT sülhməramlılarının gələcək təminatı və təlimləri, münaqişə zonalarında mülki əhalinin xüsusilə qadın və uşaqların qorunması, XXI əsrdə qlobal səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsidir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.