Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Londonda BP-nin baş ofisində İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP-nin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib

London, 24 may, AZƏRTAC 

Londonda BP-nin baş ofisində şirkətin və İngiltərə -Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə BP-nin Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayeva, Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin Cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən diasporumuzun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən akademik Nərgiz Paşayeva qonaqları salamladı və BP-nin Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verərək dedi: “BP şirkətinin tarixi keçən əsrin əvvəlindən başlayıb. Bu, böyük, maraqlı, sanki romanı xatırladan bir tarixdir. Bugünkü nailiyyətlər bir gündə və bir anda əldə edilməyib. Əziyyətli, enişli-yoxuşlu yol olub. İlk əvvəl, başlanğıcda fəaliyyət Şərqdə qurulmuş və daha sonradan ərazilər, coğrafi dairə böyümüş – Şərq, Qərb, Şimal, demək olar ki, bütün dünya əhatə edilmişdir. BP-nin geniş fəaliyyət xəritəsində Azərbaycan ünvanı da kənarda qalmamışdır.

Fikir verin ki, Azərbaycanın ikinci müstəqilliyinin yaşı BP şirkətinin ölkəmizlə əməkdaşlığının yaşı ilə eynidir – 25 ildir. Müstəqillik hər bir ölkə üçün əsas şərt, dəyərdir. Amma müstəqil olmaq tərəfdaşsız olmaq deyil. Müstəqilliyimizin ilk günlərindən BP ilə əməkdaşlıq Azərbaycanın müstəqilliyini qoruyan faktorlardan birinə çevrildi. Bu doğru seçim Azərbaycanda tək neft sektorunu dirçəltmədi, həm də bizim vətəndaşları və ölkəni müdafiə edən strateji amil rolunu oynadı. Belə hadisələr tarixdə iqtisadi məzmunla yanaşı, böyük tarixi məzmun və əhəmiyyət daşıyır.

Bu gün ilk dəfədir ki, BP-nin ofisində, əməkdaşlar arasındayam. Buna çox sevinirəm. Şadam ki, 25 illik yubiley münasibətilə Sizi təbrik etməyə və təşəkkür bildirməyə gözəl şansım var.

25 il ərzində siz həm işlədiniz, həm öyrətdiniz, həm də öyrəndiniz. Öyrəndiniz dedikdə mən, əlbəttə, neft hasilatını nəzərdə tutmuram. Siz Azərbaycanı, onun insanlarını, mədəniyyətini, musiqisini, mətbəxini, gündəlik həyatını izlədiniz və müşahidə etdiniz. Amma tək müşahidə etmədiniz – mədəni, elmi, maarif, tədris layihələrinə dəstəyinizi verdiniz. Beləliklə, təbii sərvəti - nefti milli nailiyyətlərə çevirməkdə kömək göstərdiniz.

Bu dövr ərzində BP-nin həyata keçirdiyi mədəni layihələrin bir neçəsinin adını çəkmək istərdim. BP Azərbaycanın Hacıqabul, Şəmkir, Yevlax, Goranboy, Kürdəmir kimi bölgələrinin məktəblərində 6 kitabxananın açılmasına yaxından dəstək olub. BP Azərbaycan şirkəti Hacı Zeynalabdin Tağıyev haqqında kitab-albom (“H.Z.Tagiyev’s book-album”), "Təbrizin sehrli nağılları" (“Mysterious Tales of Tabriz”), "Sarılar, Qarabağ atının izi ilə" (“Sarilar-a jorney to the Karabakh horse”),“Mənim tanıdığım Vaqif” (“Vagif as I knew him”) kitablarının nəşrinə sponsorluq edib, “Azərbaycan obyektivdə” (“Azerbaijan through the lens”) adlı fotosərginin London, Paris, Cenevrə və Avropanın digər şəhərlərində keçirilməsini təşkil edib. BP-nin dəstəklədiyi digər layihə isə Bakı muzeylərinə pulsuz girişin təşkil edilməsidir. 9000 insan indiyədək bu layihədən faydalana bilib. Bu illər ərzində BP 100-dən artıq azərbaycanlı tələbənin ABŞ-da, Britaniyada, Rusiyada və Türkiyədə təhsil almağına kömək göstərib və Qafqaz Universitetində 2 fakültənin və 16 laboratoriyaların açılmasına sponsorluq edib. Həmçinin BP Bakıda təhsil alan bakalavr və magistr dərəcəli tələbələrin geologiya üzrə yay sahə təcrübəsini təşkil edib. Şirkət Azərbaycanda neft və qaz ixtisasları üzrə təhsil alan tələbələrə xüsusi mükafatlar təsis edib. Mükafatlar Bakının və Gəncənin müxtəlif universitetlərinə yüksək balla qəbul olmuş 150-dən artıq birinci kurs tələbəsinə verilib. Bu mükafat tələbələrə BP tərəfindən maliyyələşdirilən və ali təhsil alarkən qazanacaqları texniki bilikləri layiqincə tamamlayan 10 aylıq təlim kursu vasitəsilə texniki ingilis dili vərdişlərini təkmilləşdirmək imkanı verir”.

Akademik Nərgiz Paşayeva rəhbərlik etdiyi Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin də BP şirkətinə böyük marağını və şirkətin əməkdaşlarının hər il filialda işə qəbulla bağlı geniş təqdimat keçirdiklərini, tələbələr üçün müxtəlif mövzularda seminarlar təşkil edildiyini vurğuladı. Hazırda BP Azərbaycan şirkətində MDU-nun Bakı filialının 10 məzununun çalışdığı qeyd edildi.

Akademik Nərgiz Paşayeva çıxışının sonunda bu layihələrin həyata keçirilməsindəki dəstəyə görə Qordon Birrelə xüsusi təşəkkürünü bildirdi. Həmçinin həmkarı Lord German başda olmaqla iştirakçılara və tədbirin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi.

Təqdimatla çıxış edən BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen BP-nin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verdi. Qeyd edildi ki, şirkət ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə verib.

Bütün bu uğurlar şirkətin Azərbaycanda qurduğu mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyü uzunmüddətli öhdəlikdən irəli gəlir. BP Azərbaycan iqtisadiyyatının güclənməsinə və böyüməsinə böyük töhfələr verib, Azərbaycan üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axınını təmin edib, Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrində böyük rol oynayıb, dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib, dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına nail olub. Şirkət on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib, potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib, yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib, bir çox sosial layihələrdə iştirak edərək mədəni irsin və idmanın inkişafına dəstək verib.

Xanım Emili Olsen BP-nin ən böyük layihələrinin Azəri-Çiraq-Günəşli və Şahdəniz olduğunu bildirib və Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP layihələri haqqında ətraflı məlumat verdi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə görülən işlərdən bəhs etdi.

İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German BP-nin Azərbaycanda gördüyü işlərin böyük məmnunluq doğurduğunu ifadə etdi, həmsədri olduğu Cəmiyyətin BP şirkəti ilə birgə gördüyü işlərdən danışdı. Akademik Nərgiz Paşayevaya dərin minnətdarlığını ifadə edən Lord German diqqətə çatdırdı ki, o, həqiqətən də Cəmiyyətin hər ötən gün daha da genişlənməsinə ən böyük töhfəsini verən insandır.

Lord German vurğuladı ki, BP-nin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd olunur və bu 25 ildə dünyada bir çox dəyişikliklər baş verib: yeni texnologiyalar, innovasiyalar və s. proseslər baş verir. Dünyamız necə də sürətli dəyişir. Belə bir sual doğur ki, dünya 10 ildən sonra necə olacaq? Sürətlə dəyişən dünyada bizlər üçün ən vacib məsələ bir-birimizlə olan əlaqəmizdir. İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədi məhz bu əlaqələrdən keçir. Bizim əsas məqsədimiz Azərbaycan ilə Britaniya arasındakı mədəni yaxınlaşma və əlaqəni təmin etməkdir.

Lord German, həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin tərəfdaşları və sponsorları ilə birgə gördüyü layihələr haqqında məlumat verdi. Həmsədr Azərbaycanın bir çox yerlərində əqli və fiziki qüsurlu uşaqların çoxsaylı sosial fəaliyyət istiqamətləri ilə təmin edilməsini, talassemiya xəstəliyindən əziyyət çəkənlərə lazımı yardımın göstərilməsini, Britaniya ilə Azərbaycan arasında ekspertlər mübadiləsini nümunə göstərdi. Daha bir çox nümunələrin olduğunu qeyd edən Lord German bütün bunların Britaniya və Azərbaycan arasında insani münasibətlərin daha da inkişaf etməsinə, hər iki ölkənin cəmiyyətlərinin bir-birinə yaxınlaşmasına böyük töhfə verdiyini diqqətə çatdırdı. Bütün görülən işlərdə BP-nin Cəmiyyətə olan dəstəyinin təqdirəlayiq olduğunu vurğuladı.

Sonda tədbir iştirakçıları BP-nin Azərbaycanda 25 illik fəaliyyətini əks etdirən videoçarxa baxdılar.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar