DÜNYA
Londonda Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş installyasiya təqdim olunub VİDEO
Bakı, 4 avqust (AZƏRTAC). Londonda Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş installyasiya təqdim olunub. Rəssam Pola Kammins və dizayner Tom Payperin təşəbbüsü ilə Tauera qalasının ətrafında əkilən keramik lalələr savaş qurbanlarını simvolizə edir. Müəlliflər əsəri “Blood Swept Lands and Seas of Red” (“Qan torpağı və dənizi boyadı”) adlandırıblar.
Təşkilatçılar müharibə zamanı ölən ingilislərin sayı qədər - 888,346 lalə əkməyi planlaşdırırlar. Simvolik olaraq sonuncu gül 11 noyabr - 100 il öncə hərbi müdaxilələrin formal olaraq dayandırıldığı gün əkiləcək.
Avqustun 5-dən etibarən hər kəs dəyəri 25 funt sterlinq olan xatirə gülünü ala bilər. Əldə olunan pulun 10 faizi müharibədə zərər çəkmiş insanlara və hərbçilərə kömək edən 6 təşkilatın hesabına köçürüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]